İnflyasiya proqnozu aşağı düşüb

post-img

Niderlandın “ING Group” şirkətinin mediada yaydığı məlumata əsasən, bu qurum Azərbaycanda 2024-cü il üçün orta illik inflyasiyanın 4,5 faiz, 2025-ci ildə 5,6 faiz olacağını proqnozlaşdırır.

Proqnozlara əsasən, 2024-cü ilin birinci rübündə Azərbaycanda orta illik inflyasiya 6 faiz, ikinci rübdə 1,9 faiz, üçüncü rübündə isə 4,3 faiz səviyyə­sində gözlənilir.

Yeri gəlmişkən, Birləşmiş Millətlər Təşkilatının proqnozlarına görə, bu il Azərbaycanda orta illik inflyasiya 5,9 faiz təşkil edəcək, 2025-ci ildə isə 3,9 faizədək azalacaq.

Beynəlxalq Valyuta Fondu bu il Azərbaycanda orta illik inflyasiyanın 4,7 faizə qədər azalacağını, 2025-ci ildə 5 faiz olacağını proqnozlaşdırır.

Dünya Bankının qiymətləndirmələ­rinə görə, respublikamızda orta illik infl­yasiya 2024-ci ildə 5,8 faiz, 2025-ci ildə 5,2 faiz təşkil edəcək.

Azərbaycan İqtisadiyyat Nazirliyi isə 2024-cü ildə ölkədə illik inflyasiya­nın 5,3 faiz, 2025-ci ildə 4,9 faiz olaca­ğını gözləyir.

XQ

İqtisadiyyat