İllik qaz hasilatı artıb

post-img

2023-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 74 min metrə yaxın qazma işləri həyata keçirilib. Bu da 2022-ci illə müqayisədə 1,2 faiz çoxdur. Bu barədə SOCAR-ın 2023-cü ilin yekunları ilə bağlı hesabatında məlumat verilib. 

Bildirilib ki, ötən il şirkətin müstəqil şəkildə və ya əsas payçı qis­mində istismar etdiyi yataqlarda 7,7 milyon ton neft və 8,4 milyard kubmetr qaz hasil olunub. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatı nisbətən sabit qalsa da, qaz istehsalında 4 faiz artım qeydə alınıb. 

Bütövlükdə isə, 2023-cü ildə ölkə üzrə qaz hasilatında artım ten­densiyası davam edib. Belə ki, “mavi yanacaq” hasilatı əvvəlki ilin göstəricisi ilə müqayisədə 3,3 faiz artaraq, 48,3 milyard kubmetr təş­kil edib. Bununla yanaşı, il ərzində Azərbaycanda 30,1 milyon tondan çox xam neft hasil olunub.

XQ

İqtisadiyyat