Türkdilli ölkələrin vahid gömrük portalı yaradılacaq

post-img

Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük inzibatçılığı baş idarəsinin Gömrük tənzimlənməsi idarəsinin rəi­si Cəfər Quluzadənin sözlərinə görə, Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhli­zinin (TRACECA) iştirakçısı olan türk­dilli ölkələrin gömrük xidmətləri elekt­ron xidmətlərin vahid tranzit portalının yaradılması ilə bağlı çərçivə sazişi ha­zırlayır.

C.Quluzadə bildirib ki, Azərbaycanda sözügedən istiqamətdə vahid tranzit por­talın yaradılması ilə bağlı indiyədək lazı­mi dövlətdaxili tədbirlər həyata keçirilib. Hazırda beynəlxalq tranzit dəhlizi boyu yerləşən türkdilli ölkələrin də bu yöndə fəaliyyətlərinin yekunlaşdırılması nəzər­də tutulub.

XQ

İqtisadiyyat