Türkdilli ölkələrin vahid gömrük portalı yaradılacaq

post-img

Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük inzibatçılığı baş idarəsinin Gömrük tənzimlənməsi idarəsinin rəisi Cəfər Quluzadənin sözlərinə görə,  Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinin (TRACECA) iştirakçısı olan türkdilli ölkələrin gömrük xidmətləri elektron xidmətlərin vahid tranzit portalının yaradılması ilə bağlı çərçivə sazişi hazırlayır.

C.Quluzadə bildirib ki, Azərbaycanda sözügedən istiqamətdə vahid tranzit portalın yaradılması ilə bağlı indiyədək lazımi dövlətdaxili tədbirlər həyata keçirilib. Hazırda beynəlxalq tranzit dəhlizi boyu yerləşən türkdilli ölkələrin də bu yöndə fəaliyyətlərinin yekunlaşdırılması nəzərdə tutulub.

XQ  

 

İqtisadiyyat