Azərbaycanda rəqəmsal əkiz sisteminin yaradılması ilə bağlı layihə həyata keçiriləcək

post-img

Azərbaycanda rəqəmsal əkiz sisteminin yaradılması ilə bağlı layihə həyata keçiriləcək.

Bu barədə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov deyib.

O qeyd edib ki, bu sistemin tətbiqi ilə iqtisadiyyatda rəqəmsallaşmanın daha sürətlə təmin olunmasına nail olunacaq.

“Bununla bağlı, tədbirlər planı tərtib ediləcək. Rəqəmsal əkiz sistemi vasitəsilə şəhəri 3D formatda görmək mümkün olacaq. Xəritədə bütün infrastrukturla bağlı informasiya əks olunacaq. Rəqəmsal əkiz platformasının yaradılması üçün tədbirlər planı tətbiq olunacaq”, - deyə Fariz Cəfərov əlavə edib.

İqtisadiyyat