Keçən il Azərbaycanın sığorta gəliri 1 milyard manatı ötüb

post-img

2023-cü ildə Azərbaycanda sığorta yığımları 2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə 28 faiz artaraq ilk dəfə 1 milyard manatı ötüb.

Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev “Nailiyyətlər və çağırışlar” mövzusunda keçirilən forumda çıxışı zamanı məlumat verib. 

“Azərbaycanın ümumi daxili məh­sulunda sığorta sektorunun payı 1 faiz təşkil edib. Sığorta bazarının peşəkar iştirakçıları olaraq bizim əsas məqsəd və vəzifəmiz mövcud, sabit və artan bazarın dayanıqlılığını təmin etməkdən ibarətdir. Mərkəzi Bank tərəfindən sı­ğorta sektorunun inkişafı üçün keçirilən mühüm islahat bizə yaxın illərdə bu məqsədə nail olacağımızla bağlı əmin­lik verir”, – deyə o, qeyd edib.

XQ

İqtisadiyyat