Birləşmiş Millətlər Təşkilatı (BMT) 2026-cı ilə qədər Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb. Belə ki, qurumun qlobal iqtisadiyyatla bağlı hesabatına əsasən, 2024-cü il üzrə Azərbaycanda ümumi daxili məhsulun artımı 2,6 faiz, 2025-ci ildə isə 2,8 faiz səviyyəsində proqnozlaşdırılıb. Sənəddə yola saldığımız 2023-cü il üzrə Azərbaycanda iqtisadi artımın 0,7 faiz təşkil etdiyi qeyd olunub.
BMT-nin proqnozlarına əsasən, bu il Azərbaycanda orta illik inflyasiya 5,9 faizədək, 2025-ci ildə isə 3,9 faizədək azalacaq. Təşkilat ötən il üzrə inflyasiya proqnozunu isə 9,5 faiz müəyyən edib.
Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin açıqladığı son göstəricilərə əsasən, 2023-cü ilin yanvar–noyabr aylarında ölkədə iqtisadi artım 0,8 faiz, inflyasiya isə 9,4 faiz təşkil edib.
XQ