2023-cü ildə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri–Çıraq–Günəşli” (AÇG) yataqlar blokundan 6 milyard 899,2 milyon ABŞ dolları məbləğində gəlir əldə edib. ARDNF-in məlumatına görə, bu, 2022-cü ilin göstəricisi ilə müqayisədə 2 milyard 989,8 milyon dollar və ya 30,23 faiz azdır.
Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun kəşfiyyatı, işlənməsi və hasilatın bölgüsünə dair ilk müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb. 2017-ci il sentyabrın 14-də isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Həmin saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
XQ