2040-cı ilədək ölkədə 2650 hektar ərazidə külək və günəş elektrik stansiyaları yaradılacaq

post-img

2040-cı ilədək Ələt, Lökbatan, Sabunçu və Mərdəkanda ümumi sahəsi 2650 hektar, quraşdırılmış gücü 1200 MVt olan külək və üç günəş elektrik stansiyasının tikintisi təklif edilir.

Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planda əksini tapıb.

Bildirilib ki, gələcəkdə (hesabat dövründən sonra) bu ərazilərdə bərpa olunan enerjinin inkişafı üçün 3313 hektar əlavə torpaq sahəsi nəzərdə tutulub.

Baş plan layihəsi hazırda çirklənmiş ərazidə müvəqqəti bərpa olunan enerji stansiyaları üçün əlavə 676 hektar torpaq sahəsinin mərhələli şəkildə “Regenerasiya hədləri”ni nəzərdə tutur. Regenerasiya “Böyükşor gölündə üzən günəş elektrik stansiyası (300 kVt)” və Qırməki təbii geoloji parkı (202 hektar) layihələrinin həyata keçirilməsini planlaşdırır. Park günəş və külək enerjisi istehsal edə və karbon-neytral sistem dizayn edə biləcək.

 

Rizvan FİKRƏTOĞLU

XQ

 

İqtisadiyyat