Qarabağda 9 su anbarı yenidən qurulacaq

post-img

Hazırda Qarabağın ümumi su ehtiyatları 2,1 milyard kubmetr həcmində qiymətləndirilir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi Riad Axundzadənin bildirdiyinə görə, həmin ehtiyatlardan səmərəli istifadənin təmin edilməsi məqsədilə, ümumilikdə, 9 su anbarı və onlardan qidalanan kanalların əsaslı şəkildə yenidən qurulması nəzərdə tutulub.

O deyib ki, agentlik artıq Xaçınçay, Suqovuşan, Köndələnçay-1, Kön­dələnçay–2 və Aşağı Köndələnçay su anbarlarının yenidən qurulması işləri­nin son mərhələsindədir. “Təmir işləri tamamlandıqdan sonra bu suların anbarlarda toplanması və qənaətlə istifadə edilməsi əsas hədəflərimizdən biridir. Təxminən 30 ildir ki, Azərbay­can Qarabağ və Şərqi Zəngəzur vi­layətlərinin su potensialından istifadə edə bilmir. Ölkəmiz yaxın gələcəkdə bu potensialdan yararlana biləcək”, – deyə o əlavə edib.

XQ

İqtisadiyyat