Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) yaydığı məlumata əsasən, respublikamızdan bu ölkəyə 36 ton yumurta ixrac edilib.
Bildirilib ki, dekabrın 19-da “Yaraq–Kazmalyar” sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbaycandan Rusiyaya 36 ton (612 min ədəd) yumurta gətirilib. Bu barədə razılıq “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvert ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli arasında cari ilin noyabrında aparılan danışıqlar zamanı əldə edilib.
XQ