Bu ilin yanvar–noyabr aylarında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ölkədə6 min 390 kənd təsərrüfatı texnikasının alınmasını maliyyələşdirib.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, hesabat dövründə maliyyələşdirilən texnikanın 1252-si traktor, 67-si taxılyığan kombayn, 5071-i isə digər texnikalar olub.
XQ