“Azexport” portalında yeni xidmət

post-img

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport” portalında yeni xidmət istifadəyə verilib. Artıq portal üzərindən ölkədaxili çatdırılma xidmətindən istifadə etmək mümkündür. 

Alıcılar “Azexport.az” portalında nümayiş olunan məhsulları onlayn ola­raq ünvana sifariş edə bilərlər. Bunun üçün istifadəçilər portalda pərakəndə ticarət həyata keçirən və ölkədaxili si­farişləri qəbul edən istehsalçıların sə­hifələrinə keçid edərək, sifarişlərini rəs­miləşdirməlidirlər.

Bu xidmət istehlakçılara onlayn ti­carətin üstünlüklərindən faydalanmağa imkan verir. Burada sahibkarlar isteh­sal etdikləri məhsulları portal vasitəsilə real alıcılara nümayiş etdirir, ödənişləri onlayn qaydada qəbul edir, həmçinin si­farişlərin alıcılara ölkədaxili çatdırılması xidmətindən istifadə edirlər. Sifarişlərin çatdırılma haqqı məhsulun çəkisindən və məsafədən asılı olaraq sistem tərə­findən avtomatik olaraq hesablanır. Si­fariş olunan məhsullara görə isə portal tərəfindən komissiya haqqı nəzərdə tutulmur.

XQ

İqtisadiyyat