Avropa bankının Xəzər gəmiçiliyinə 60 milyon dollarlıq krediti

post-img

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) 60 milyon ABŞ dolları kredit ayırıb.

ASCO-nun məlumatına görə, Xəzər Dəniz Gəmiçiliyi beynəlxalq genişlənmə strategiyasına uyğun olaraq həmin vəsaitlə 2 quru yük gəmisi alacaq. Bu layihə dövlət şirkə­tinə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) bir hissəsi kimi regional əlaqələrini gücləndirməyə, Xəzər dənizindən kənarda– beynəlxalq sularda ticarət do­nanması əməliyyatlarının sayını artırmağa imkan verəcək. 

Kredit müqaviləsi çərçivəsində ASCO üzərinə yaxın gələcəkdə beynəlxalq “Yaşıl maliyyə bazarı”na daxil olmaq məqsədilə dayanıqlığa bağlı kredit çərçivəsi hazırlamaq öhdəliyi də götürəcək.

XQ

İqtisadiyyat