Ölkəmiz Türkiyəyə 20 milyard dollara yaxın investisiya yatırıb

post-img

Azərbaycanın xarici ölkələrdəki investisiya həc­minə görə Türkiyə 1-ci yerdədir. Bu, ölkələrimiz arasın­da investisiya tərəfdaşlığının inkişaf səviyyəsini əyani olaraq göstərir.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov de­kabrın 21-də Bakıda keçirilən Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Azərbaycan – Türkiyə İnvestisiya Forumunda deyib.

Nazir bildirib ki, ölkəmiz 1995-ci ildən 2023-cü ilin 6 ayınadək qardaş Türkiyəyə 19,9 milyard dollar həcmində investisiya yatırıb. “Sevindirici haldır ki, Azərbaycanda qey­ri-neft-qaz sektoruna investisiya yatıran ölkələr sırasında Türkiyə 1-ci yerdə qərarlaşıb”, – deyə nazir əlavə edib.

XQ

İqtisadiyyat