2023-cü ilin 11ayında Azərbaycan 641 milyon 188 min dollar dəyərində 641 min 740 ton meyvə-tərəvəz ixrac edib.
Bu barədə məlumat Dövlət Gömrük Komitəsinin hesabatında yer alıb. Qurumun hesablamalarına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 8 faiz və ya 47,8 milyon dollar, həcmi isə 12,2 faiz və ya 6,6 min ton artıb. Xatırladaq ki, ötən ilin 11 ayında Azərbaycan 593 milyon 388 min dollar dəyərində 572 min ton meyvə-tərəvəz ixrac edib.
Yanvar-noyabr aylarında ölkəmizdən ixrac olunan meyvə-tərəvəz məhsullarının sırasında birinci yeri tomat tutub. Hesabat dövründə xarici ticarət tərəfdaşlarımıza 150,8 milyon dollar dəyərində 127,4 min ton bu növ məhsul göndərilib. Sonrakı yerlərdə 97,4 milyon dollar dəyərində 18,9 min ton meşə fındığı, 89,4 milyon dollarlıq 118,5 min ton xurma, 44 milyon dollarlıq 69,2 min ton alma, 35 milyon dollarlıq 78,2 min ton kartof və 25 milyon dollarlıq 18 min ton nar qərarlaşıb.
Qeyd edək ki, cari ilin yanvar-noyabr aylarında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 2,03 faizə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 21,14 faizə bərabər olub.
XQ