Enerji və istilik sahəsinin gəlirləri 2,7 milyard manatı keçib

post-img

Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin 11 ayında   ölkədə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2 milyard 716 milyon manat dəyərində məhsul istehsal edilib və xidmətlər göstərilib. Bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 1,4 faizlik artım çoxdur.

Xatırladaq ki, ötən il Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2 milyard 931 milyon manat dəyərində məhsul istehsal edilib və xidmətlər göstərilib. Bu sahədə əvvəlki illə müqayisədə 2,3 faizlik artım qeydə alınıb. 

XQ

İqtisadiyyat