9 ayda xaricə 2,7 milyard dollar milli investisiya yatırılıb

post-img

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, cari ilin 9 ayında ölkəmizdən  xaricə yönəldilmiş xarici investisiyaların həcmi 2,7 milyard dollar təşkil edib.

Məlumatda, həmçinin respublikamızdan  həmin müddətdə 402 milyon dollarlıq pul köçürmələrinin də olduğu, bu köçürmələrə görə, ilk beşlikdə Türkiyə (104 milyon dollar), Rusiya (55 milyon dollar), Gürcüstan (43 milyon dollar), ABŞ (41 milyon dollar) və Birləşmiş Krallıq (22 milyon dollar) sıralandığı vurğulanıb. 

XQ

İqtisadiyyat