BTC regionda neft ixracının şah damarıdır

post-img

2023-cü ilin yanvar–noyabr ayları ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 27,6 milyon ton neft nəql olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,1 milyon ton və ya 1,9 faiz çoxdur. 

Bütövlükdə isə, cari ilin 11 ayı ərzin­də Azərbaycanın magistral neft kəmər­ləri ilə nəql olunan 36,4 milyon ton nef­tin 75,9 faizi Bakı-Tbilisi-Ceyhan boru kəmərinin payına düşüb. 

Hesabat dövründə BTC ilə 22,9 mil­yon ton Azərbaycan nefti nəql olunub ki, bu da boru kəməri ilə tədarük olu­nan ümumi həcmin 82,7 faizini təşkil edir. Yanvar-noyabr aylarında bu boru kəməri ilə daşınan neftin təqribən 4,8 milyon tonu və ya 17,3 faizi Türkmə­nistan və Qazaxıstanın payına düşüb. Ötən ilin eynii dövründə isə BTC ilə nəql olunan tranzit neftin həcmi 4,7 mil­yon ton təşkil edib.

Qeyd edək ki, hazırda BTC boru kəməri, əsasən, “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan çıxarılan xam nef­ti və “Şahdəniz” kondensatını daşıyır. Bundan əlavə, boru kəməri vasitəsilə Xəzərin o tayından – (Qazaxıstan və Türkmənistan) xam neft və kondensat həcmləri də nəql olunur.

XQ

İqtisadiyyat