Mərkəzi Asiya ölkələri ilə “yaşıl enerji” əməkdaşlığı

post-img

Azərbaycan, Özbəkistan və Qazaxıstan ixrac imkanlarını əlaqələndirməyə başlayıb

Son illər Azərbaycan və Mərkəzi Asiya ölkələri iqtisadiyyatın bir çox sahələrində uğurla əməkdaşlıq edir. Artıq “yaşıl keçid” platformasının fəal iştirakçılarından olan ölkəmiz regionda bərpaolunan enerjinin istehsalı və ixracı ilə bağlı bir sıra layihələrin də əsas təşəbbüskarı kimi çıxış edir. 

Bu sahədə əməkdaşlığın məntiqi nəticəsi olaraq Azərbaycan, Qazaxıstan və Özbəkistan “yaşıl enerji”nin ixracı ilə bağlı mühüm sənəd qəbul ediblər. Hər üç ölkənin müvafiq nazirliklərinin rəhbərləri­nin görüşündə bərpaolunan enerji mən­bələrinə fokuslanan enerji mübadiləsi, o cümlədən “yaşıl enerji”nin ixracı sahə­sində əməkdaşlıq məsələlərini nəzərdə tutan Birgə Kommünikeyə imza atılıb. 

İqtisadiyyat Nazirliyinin yaydığı mə­lumata görə, Birgə Kommünike bu il no­yabrın 14-də Bakıda Azərbaycan, Özbə­kistan və Qazaxıstan arasında Mərkəzi Asiya ölkələrindən Azərbaycan ərazisi vasitəsilə Avropaya elektrik enerjisinin ixracı perspektivlərinin müzakirə edildiyi üçtərəfli görüşün nəticəsi olaraq qəbul edilib. Sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazov, Özbəkistanın energe­tika naziri Jurabek Mirzamahmudov, in­vestisiya, sənaye və ticarət naziri Laziz Kudratov, Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev imzalayıblar.

Qeyd edək ki, Birgə Kommünikedə bərpaolunan enerji mənbələrinə fokus­lanan enerji mübadiləsi, “yaşıl” hidrogen və “yaşıl” ammonyakın inkişafı və ixra­cı, müvafiq infrastrukturun yaradılması sahəsində əməkdaşlıq kimi məsələlər əks olunub. Sənədə əsasən, tərəflər elektrik enerjisinin ixracı ilə bağlı birgə müəssisənin yaradılması və layihənin iq­tisadi əsaslandırılmasına hazırlıqla bağlı razılığa gəliblər. Həmçinin regionun digər ölkələrinin də bu layihədə iştirak edə bilə­cəkləri vurğulanır. 

Enerji və nəqliyyat sahələrində əmək­daşlığı nəzərdə tutan Birgə Kommünike­də Azərbaycan ilə Mərkəzi Asiya regionu ölkələri arasında iqtisadi və energetika əməkdaşlığının, o cümlədən Orta Dəh­lizin imkanlarının daha da inkişaf etdiril­məsi və möhkəmləndirilməsi məqsədilə bərpaolunan enerji mənbələrindən geniş istifadənin tətbiqinə əsaslanan davamlı inkişafa alternativin olmadığı, eləcə də tərəflərin öz iqtisadiyyatlarını inkişaf et­dirmək hüququndan məhrum etmədən gələcək karbonsuzlaşma üçün ayrı-ayrı­lıqda və birgə səylərini davam etdirmək niyyətləri vurğulanıb. Sənəddə müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində birgə fəaliyyətin və əməkdaşlığın uğurlu təcrübəsinin nəzərə alınması, Azərbay­can Respublikasının region ölkələrinin enerji sistemlərinin gələcək inkişafının koordinasiyası və sinxronlaşdırılması təşəbbüsü, enerji sistemlərinin davamlı birləşdirilməsi potensialı, həmçinin təmiz elektrik enerjisinin, tərəflərin qarşılıqlı maraqlarına uyğun olaraq, o cümlədən üçüncü ölkələrin bazarlarına tədarükü və mübadiləsi səyləri alqışlanıb. Bundan əlavə bəyanatda Xəzər – Qara dəniz – Avropa ixrac dəhlizinin birgə layihəsinin Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya tərəfindən həyata keçirilmə­sini nəzərə alaraq, Naxçıvan – Türkiyə – Avropa enerji dəhlizinin perspektivləri qeyd edilib. “Yaşıl” elektronların və mole­kulların daşınması üçün infrastruktur ya­ratmaq səylərinin əlaqələndirilməsindən ortaya çıxan perspektivləri vurğulayaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu istiqamətdə aidiyyəti nazirliklərin və kommersiya təşkilatlarının səylərinin birləşdirilməsi tapşırığı nəzərə alınıb.

Xatırladaq ki, ötən ayın 14-də keçiril­miş iclasda Azərbaycan, Özbəkistan və Qazaxıstanın müvafiq nazirliklərinin rəh­bərləri ölkələrimizin bərpaolunan ener­ji sahəsində potensialını vurğulayaraq alternativ mənbələrdən alınan elektrik enerjisinin Avropaya ixracı layihəsinə qo­şulmağa hazır olduqlarını qeyd ediblər. Bu kontekstdə Azərbaycanın enerji sis­teminə inteqrasiya edəndən sonra Qara dənizin dibi ilə yüksək gərginlikli xətlərin çəkilməsi imkanlarının araşdırılmasına maraq ifadə olunub.

Nazirlər, həmçinin təsdiqləyiblər ki, “yaşıl enerji”nin ötürülməsi layihəsinin in­kişafı iştirakçı ölkələrin iqtisadiyyatları və enerji sistemləri arasında əlaqələri daha da gücləndirəcək, həmçinin milli enerji sənayelərinə yeni təkan verəcək. İclasda iştirak edən tərəflər bərpaolunan enerji mənbələrinə fokuslanaraq enerji müba­diləsi, “yaşıl” hidrogen və “yaşıl” ammon­yakın inkişafı və ixracı imkanları, eləcə də müvafiq infrastrukturun yaradılması sahələrində əməkdaşlıq barədə razılığa gəliblər. Eyni zamanda, sözügedən is­tiqamətlər üzrə texniki tapşırığı hazırla­maq üçün birgə işçi qrupun yaradılması qərara alınıb. 

Əldə olunan razılığa əsasən, tərəflər təsdiq olunmuş texniki tapşırıq əsasın­da ilkin texniki-iqtisadi əsaslandırmanın hazırlanması üçün tender elan edilməsi, qısa müddət ərzində layihənin həyata ke­çirilməsi üçün birgə müəssisənin yaradıl­ması perspektivinin nəzərdən keçirilmə­si, həmçinin regionda üçüncü ölkələrin iştirakına imkan verən layihə formatından istifadə etmək niyyətlərini təsdiq edirlər. Eyni zamanda, tərəflər layihənin təşviqi üzrə sistemli işin təşkili məqsədilə həftə­lik əsasda, o cümlədən onlayn formatda ekspertlər səviyyəsində birgə işçi qrupun iclaslarının keçirilməsi, hər ay onlayn re­jimdə energetika nazirləri səviyyəsində danışıqların təşkil edilməsini və rübdə bir dəfə müvafiq nazirliklərin rəhbərləri sə­viyyəsində üzbəüz görüşlərin keçirilməsi ilə bağlı razılığa gəliblər. 

Tərəflərin ümumi razılığına əsasən, müvafiq nazirliklərin rəhbərləri səviy­yəsində növbəti görüşün Özbəkistanın Daşkənd şəhərində keçirilməsi qərara alınıb. 

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat