Dəmir yolu ilə sərnişin daşımaları 40 faiz artıb

post-img

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 16,7 milyon ton yük və 6 milyon 342,3 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən ve­rilən məlumata görə, 2022-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınma­sında 1,8 faiz azalma baş versə də, sərnişin daşınmasında 39,9 faiz artım müşahidə olunub. Məlumata görə, he­sabat dövründə orta hesabla sutkada 366 vaqon yüklənib, 424 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yo­lunun Şimal istiqaməti üzrə 18,5 min ton, Qərb istiqaməti üzrə 2,7 min ton, Cənub istiqaməti üzrə isə 0,6 min ton yüklənmə işi yerinə yetirilib.

XQ

İqtisadiyyat