“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən geniş miqyaslı bərpa və quruculuq işləri aparılır.
Bunu Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin məsləhətçisi Faiq Hacıyev Ağdam rayonunda “İşğaldan azad olunmuş ərazilərdə turizmin bərpası və inkişafı” mövzusunda keçirilən elmi-praktiki konfransda bildirib.
F.Hacıyev qeyd edib ki, Füzuli şəhərinə 358 ailə, Tərtər rayonunun Talış kəndinə 20 ailə köçürülüb.
"Füzulidə birinci yaşayış məhəlləsinin tikinti işlərinin tamamlanması və ümumilikdə ora 846 ailənin köçürülməsi planlaşdırılır",- deyə o əlavə edib.