140,3 milyon manat ƏDV geri alınıb

post-img

Azərbaycanda uğurla tətbiq edilən “ƏDV geri al” layihəsi iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm nəticələr verməkdədir. Bu barədə Dövlət Vergi Xidmətinin yaydığı məlumatda bildirilib. 

Qeyd olunub ki, 2023-cü ilin yan­var-noyabr ayları ərzində fiziki şəxs olan istehlakçılar tərəfindən ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avto­mobillər, alkoqollu içkilər və tütün mə­mulatları istisna olmaqla) və göstərilmiş xidmətlərə görə ödənilmiş ƏDV-nin 140 milyon 288 min manat çoxu geri qayta­rılıb.

Xatırladaq ki, ölkəmizdə bir sıra sahələrdə malların alışı və xidmətlərin göstərilməsi zamanı ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 17,5 faizi, nağd ödənişlər üzrə 5 faizi müvəkkil bank tərəfindən istehlakçılara geri qaytarılır.

XQ

İqtisadiyyat