Vergisiz “ƏDV geri al”

post-img

Milli Məclisin dünən keçirilən iclasında Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliklə ölkə vətəndaşlarının “ƏDV geri al” mexanizmi üzrə əldə etdiyi gəlirlərin vergidən azad olunması qanuniləşib. 

Qeyd edək ki, bu il və əvvəlki dövrlər­də də bu gəlirlərə vergilər tətbiq olunmur­du, çünki dövlət bu sahədə təşviq siyasəti həyata keçirirdi. Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, həmin gəlirlərin vergidən azad olunması artıq qanuniləşir və onun hüquqi bazası formalaşır. 

Xatırladaq ki, ƏDV-nin geri qaytarıl­ması layihəsi üzrə ticarət və ictimai iaşə obyektlərində, tibb müəssisələrində və özəl tibbi praktika ilə məşğul olan fizi­ki şəxslərə ödənilmiş ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 17,5 faizi, nağd ödənişlər üzrə 5 faizi, işğaldan azad edil­miş ərazilər daxilində mehmanxanalarda (hotellərdə) ödənilmiş ƏDV məbləğinin isə nağdsız ödənişlər üzrə 30 faizi, nağd ödənişlər üzrə 5 faizi geri qaytarılır.

XQ

İqtisadiyyat