Bu ilin yanvar-oktyabr aylarında ölkəmizdəki magistral qaz kəmərləri ilə 32 milyard 963,9 milyon kubmetr “mavi yanacaq” ixrac olunub ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 4 faiz çoxdur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə Azərbaycandan ixrac olunan təbii qazın 55,2 faizi Cənubi Qafqaz boru kəmərinin payına düşüb. Bu kəmərlə qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz artaraq 18 milyard 209,8 milyon kubmetr təşkil edib.
XQ