Bank sektorunun mənfəəti 18 faiz artıb

post-img

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın bank sektorunda 908 milyon manat xalis mənfəət əldə edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz çoxdur.

Azərbaycan Mərkəzi Bankından XQ-yə verilən məlumata görə, 10 ay ərzində bankların əməliyyat gəlirləri 3 milyard 948,7 milyon manat, əmə­liyyat xərcləri isə 2 milyard 536,9 mil­yon manat təşkil edib. Bu göstəricilər üzrə artım isə əvvəlki ilin eyni dövrünü müvafiq olaraq 24,1 faiz və 25,3 faiz üstələyib. Hesabat dövründə bank sek­torunun xüsusi ehtiyatlara ayırmaları 268,4 milyon manat, gözlənilməz gəlir­ləri 2,6 milyon manat, mənfəət vergisi ödəmələri isə 237,8 milyon manat olub. 

Bu ilin əvvəlindən banklar tərəfin­dən, ümumilikdə, 2 milyard 37,8 mil­yon manat məbləğində mənfəət vergisi ödənilib ki, bu da ötən ilin müvafiq döv­rü ilə müqayisədə 34 faiz və ya 59,8 milyon manat çoxdur.

Qeyd edək ki, 31 oktyabr 2023-cü il tarixində ölkədə fəaliyyətdə olan bank­ların cəmi aktivləri 46 milyard 146,6 milyon manat, cəmi öhdəlikləri 40 mil­yard 233 milyon manat, balans kapita­lı 5 milyard 913,6 milyon manat təşkil edib. Oktyabr ayında bankların cəmi aktivləri və сəmi öhdəlikləri müvafiq olaraq 1,4 faiz və 1,8 faiz artıb.

XQ

İqtisadiyyat