2027-ci ilədək 1870 MVt həcmində “yaşıl güc”lərin ölkənin enerji sisteminə inteqrasiyası nəticəsində bərpa olunan enerji payının elektrik enerjisinin qoyuluş gücündə 33 faizə, elektrik enerjisinin istehsalında isə hazırkı 7 faizdən 25 faizə çatacağı gözlənilir.
Bunu Energetika nazirl Pərviz Şahbazov deyib. Onun sözlərinə görə, bu, 2030-cu ilə 30 faizlik hədəfin artıqlaması ilə yerinə yetirilməsi deməkdir.
Nazir Azərbaycanın enerji ixracı və regional əməkdaşlıq sahəsində strateji prioritetlərə də toxunub. Bildirilib ki, Xəzər-Qara dəniz-Avropa və Azərbaycan-Türkiyə-Avropa dəhlizlərini yaratmaq və şaxələndirilmiş marşrutlarla 5 QVt-dan çox “yaşıl enerji” ixrac etmək strateji prioritetlər sırasındadır. “Bu dəhlizlər Mərkəzi Asiya ölkələrindən də “yaşıl enerji”nin nəqli imkanlarını vəd edir”, - deyə nazir əlavə edib.
P.ƏFƏNDİ