2023-cü ilin oktyabr ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 603 min barrel olub.
Energetika Nazirliyinin yaydığı məlumata istinadən xəbər verilir ki, bunun 489 min barrelini xam neft, 114 min barrelini kondensat təşkil edib.
Qeyd edək ki, “OPEC plus” əməkdaşlığı çərçivəsində cari ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min barreldir.