10 ayda ÜDM 100 milyard manata çatıb

post-img

2023-cü ilin yanvar–oktyabr aylarında ölkəmizdə 100,9 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,3 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 3,1 faiz artıb.

ÜDM istehsalının 41,3 faizi sənaye, 9,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 6,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 5 faizi tikinti, 2,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 18 faizi digər sahələrin payına düşüb. İlin 10 ayında məhsula və idxala xalis vergilər ÜDM-in 9,4 faizini təşkil edib. Hesabat dövründə əhalinin hər nəfərinə düşən ÜDM 9 min 938,7 manata bərabər olub.

XQ

 

İqtisadiyyat