Laçının kəndləri də nura boyanır

post-img

Ölkə Prezidenti İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti Laçın rayonunun bir neçə kəndində yenidənqurma işləri həyata keçirir.

Bu barədə XQ-yə qurumdan məlumat verilib. Bildirilir ki, hazırda rayonun Cağazur, Qorçu və Qaragöl istiqamətində elektrik şəbəkələri yenilənir. Bununla yanaşı, Laçın şəhəri daxilində yeraltı xətlərin çəkilişi davam edir. Eyni zamanda, rayonun Şəlvə, Qaragöl, Zağazur və Minkənd istiqamətinə çəkilən 35 kilovoltluq hava xətti də tamamlanmaq üzrədir.

Qeyd edək ki, “Azərişıq” elektrik təsərrüfatının yenidən qrurulması ilə bağlı işləri ölkənin bütün regionlarında paralel olaraq davam etdirir.

XQ

 

İqtisadiyyat