İnflyasiya: üzü enişə

post-img

2023-cü ilin 9 ayında Azərbaycanda inflyasiya 10,9 faiz təşkil edib. Bunu Milli Məclisin bazar ertəsi keçirilən iclasında dövlət büdcəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. 

Nazir bildirib ki, qeyri-neft sektorunun bütün sahələrində artım qeydə alınıb. Onun sözlərinə görə, bu ilin ötən dövründə  qeyri-neft sektorunun ixracı 11 faiz artaraq 2,7 milyard manata çatıb. Bunun da nəticəsində xarici ticarət profisiti qeydə alınıb.

Yeri gəlmişkən, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat, xərcləri 36 milyard 763 milyon manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 milyard 399 milyon 895 min manat, yerli gəlirləri 773 milyon 105 min manat, mərkəzləşdirilmiş xərcləri 35 milyard 980 milyon 547 min manat, yerli xərcləri isə 782 milyon 453 min manat) məbləğində nəzərdə tutulur.

XQ

 

İqtisadiyyat