Serbiya  Azərbaycan qazı alacaq

post-img

Serbiya və Azərbaycan yaxın  vaxtlarda qaz tədarükü ilə bağlı müqavilə imzalayacaq. Beləliklə, daha bir ölkə Cənub Qaz dəhlizi ilə Azərbaycan qazı alacaq. 

Bununla da, Serbiya hökuməti Rusiyadan qaz tədarükündən asılılığı azaltmaq istəyir. Serbiyanın Baş nazirinin müavini Zorana Mixayloviç deyib ki, ölkəni Bolqarıstanla birləşdirəcək Niş-Dimitrovqrad qaz kəməri sayəsində qaz tədarükü artırılacaq. Qaz kəmərinin tikintisi isə yekunlaşmaq üzrədir.

P.ƏFƏNDİ

İqtisadiyyat