Gömrük xətti ilə büdcə daxilolmaları artıb

post-img

Bu ilin yanvar-oktyabr ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 5 milyard 235 milyon 960,39 manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,7 faiz çoxdur. Hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 19,3 faiz artaraq 1 milyard 357 milyon 049,1 manat təşkil edib.

ƏDV üzrə daxilolmalar isə 10 faiz artaraq 3 milyard 655 milyon 747,1 manata bərabər olub. Aksizlər üzrə cari ilin ilk 10 ayında daxilolmalar 39,3 faiz artaraq 186 651 min manat təşkil edib.

Yol vergisi üzrə daxilolmaların həcmi 36 513 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 30,6 faiz azdır.

P.ƏFƏNDİ

İqtisadiyyat