Avropa İttifaqı Rusiyadan qaz idxalını 40 milyard kubmetrə qədər azaltmağı planlaşdırır

post-img

Avropa İttifaqı Rusiyadan yanacaq asılılığının azaldılması çərçivəsində 2023-cü ildə bu ölkədən qaz idxalını 40-45 milyard kubmetrə qədər azaltmağı planlaşdırır. Bu barədə enerji məsələləri üzrə Avropa İttifaqı-ABŞ işçi qrupunun iclasından sonra bəyan edilib. Məlumatı “İnterfaks.ru” yayıb.  

Bəyanatda deyilir: “Aİ kömür idxalını mərhələli şəkildə dayandırmaqla, neft idxalını 90 faiz azaltmaqla və qaz idxalını 2021-ci ildəki 155 milyard kubmetrdən 2022-ci ildə təxminən 80 milyard kubmetrə endirməklə Rusiyadan asılılığını kəskin şəkildə azaldıb. 2023-cü ildə isə idxalın 40-45 milyard kubmetrə qədər azaldılması nəzərdə tutulur”.

Sənəddə qeyd olunur ki, Aİ təmiz enerjiyə keçidi sürətləndirmək, təchizatı şaxələndirmək və enerjiyə qənaət etmək üçün tədbirlər görür.

Bəyanatda müzakirələrin "Avropaya təbii qaz tədarükü mənbələrinin şaxələndirilməsi,  ABŞ-la Avropa arasında artan mayeləşdirilmiş təbii qaz (LNG) ticarəti ilə bağlı" müzakirə aparıldığı bildirilib.

 

P.ƏMİRCANOV

XQ

 

İqtisadiyyat