30 illik işğal Azərbaycan iqtisadiyyatına nə qədər ziyan vurub?

post-img

Ermənilər 30 il ərzində Azərbaycanın Qarabağdakı yeraltı və yerüstü sərvətlərini nə qədər istismar ediblər. Bu istismar Azərbaycan iqtisadiyyatına nə qədər ziyan vurub?

Mövzu əsasında millət vəkili Vüqar Bayramov və iqtisadçı ekspert Eldəniz Əmirov Azərbaycanın Qarabağdakı yeraltı və yerüstü sərvətlərinin istismarından XQ-ya danışıblar.

Millət vəkili V.Bayramov bildirib ki, ölkə iqtisadiyyatına dəymiş ziyan kifayət qədər böyük məbləğdir, bununla bağlı xarici ekspertlərin iştirakı ilə qiymətləndirmələr aparılır:

“İşğaldan azad olmuş ərazilərdə bərpa və yenidən qurma işləri davam etdirilir, amma bununla belə 30 illik Ermənistan işğalı müddətində həmin ərazilərimiz praktiki olaraq tamam dağıdılıb, xarabalığa çevrilib. Yalnız infrastruktur və eyni zamanda, binalar, evlər dağıdılmayıb, meşələrdə belə soyqırımı həyata keçirilib. Kifayət qədər böyük ərazilərdə olan meşə örtükləri tamamilə dağıdılıb.

Dünya bankının da metodologiyası ondan ibarətdir ki, işğal nəticəsində dəymiş ziyanın qiymətləndirilməsi ilə bağlı 4 istiqamətdə qiymətləndirilmənin aparılmasına ehtiyac var. 

İnsan kapitalına dəyən ziyan və bunun ayrıca qiymətləndirilməsi eləcə də həmin əraziləri tərk edən vətəndaşların yerləşdirilməsi, onların saxlanılması xərcləri, ona görədə oxşar praktika üzrə qiymətləndirilmənin aparılması vacibdir, çünki həmin ərazilərdə olan təbii ehtiyatlardan uzun müddət talan edilib xaricə çıxarılıb.

Ölkə iqtisadiyyatına dəymiş ziyan kifayət qədər böyük məbləğdir, bununla bağlı xarici ekspertlərin iştirakı ilə qiymətləndirmələr aparılır, gözləntimiz də ondan ibarətdir ki, bu ziyanın məbləği yüz milyard dollarlarla ifadə olunacaq, sözü gedən məsələ böyük ziyanın getməsindədir.

Beynəlxaq hüquq, konvensiyalar imkan verir ki, Azərbaycan beynəlxalq məhkəməyə müraciət edərək təzminatın ödənilməsi məsələsini beynəlxalq hüquq çərçivəsində gündəmə gətirsin. Və bu hüquqdan istifadə etməklə təzminatla bağı müraciət edərək hüququnu özündə saxlamaqdadır".

İqtisadçı ekspert Eldəniz Əmirov isə öz şərhində qeyd edib ki, dəymiş ziyan hesablanarkən tək bu dağıdılmış obyektlər filan deyil, ölkəmizə vurduğu itkilər, Azərbaycana 30 il ərzində vurduğu zərərlər, ekoloji terrora məruz qoyublar,meşə örtüklərini məhv ediblər:

“Ermənistanın Azərbaycana işğalı nəticəsində vurduğu zərərin həcmi hədsiz dərəcədə çoxdur. Vətən müharibəsindən öncə müəyyən mənbələrdə bu zərərin məbləği 820 milyard dollar kimi göstərilirdi. Düşünürəm ki, hesbablama metodologiyası ilə eyni zamanda müharibə zamanı da dəymiş zərərləri nəzərə alsaq, ümumilikdə bir trliyyon dollardan çox Azərbaycan iqtisadiyyatına zərər vurub. Bu zərər infrastruktura dəymiş zərərin bir hissəsini təşkil edir.

900 yaşayış məntəqəsindən 6000-dən çox sənaye və kənd təsərrüfatı binası 695 tibb müəssəsi, 693 məktəb 7000 müxtəlif təyinatli ictimai binalar, 927 kitabxana, 855 uşaq baxçası dağıdılıb.

3000 km-ə kimi kommunikasiya xətləri, 15000 km elektrik xətləri, 3000 km-ə kmi avtomobil yolları Ermənistan tərəfindən dağıdılıb.

Dəymiş ziyan hesablanarkən tək bu dağıdılmış obyektlər deyil, ölkəmizə vurduğu itkilər, Azərbaycana 30 il ərzində vurduğu zərərlər, ekoloji terrora məruz qoyublar, meşə örtüklərini məhv ediblər, qızıl-filiz yataqlarını, vəhşicəsinə istismar ediblər, kənd təsərrüfatı torpaqları qeyri-standart şəkildə istismar olunub.

Həmçinin Azərbaycan 30 il ərzində erməni işğalı üzündən böyük imkanlar qaçırıb. Bu illər ərzində iqtisadi fəaliyyətlə məşğul olsaydıq, nə qədər vəsait əldə edərdik? Faktorlar cox böyükdür, Ermənistanın bizə etdiyi düşmənçilik, məkrli siyasətə görə silahlanmaya böyük məbləğdə pul vəsaiti xərclədik. Bir çox ölkələrə güzəştə getdik, bütün bunların hamısı Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin nəticəsidir ki, ölkəmiz bu qədər çox istiqamətli sahələr üzrə- iqtisadi, siyasi, ekoloji, psxoloji, çox ciddi itkilərə məruz qalıb".

Ayşən Azadova

İqtisadiyyat