Bina yanğından mühafizə olunub

post-img

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yerləşən çoxmərtəbəli yaşayış binasının zirzəmisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub. 

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində zirzəmidə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. 

Bina yanğından mühafizə olunub.

Hadisə