MDB ölkələri ilə ticarət 4 milyard dolları keçib

post-img

Bu ilin yanvar–sentyabr aylarında Azərbaycanla MDB ölkələri arasında ti­carət dövriyyəsinin dəyəri 4 milyard 735 milyon ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisə­də 12,5 faiz çoxdur. Eyni zamanda, həmin müddətdə MDB ölkələri ilə ticarət əməliyyatları ölkənin ümumi ticarət dövriyyəsinin 32,6 faizini təşkil edib.

Hesabat dövründə ölkəmizin ticarət dövriyyəsi Rusiya ilə 3 milyard 133 mil­yon dollar, Türkmənistanla 678 milyon dollar, Qazaxıstanla 269 milyon dollar, Ukrayna ilə 247 milyon dollar, Belarus­la 238 milyon dollar və Özbəkistanla isə 120 milyon dollar dollar olub.

XQ

İqtisadiyyat