Mərkəzi Bankın məlumatına əsasən, ölkədəki 20 sığorta şirkətinin xətti ilə cari ilin yanvar–sentyabr aylarında 937 milyon 238 min manat sığorta haqqı yığılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 28,2 faiz çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 400 milyon 387 min manata bərabər olub. Bu da illik müqayisədə 25,7 faiz çoxdur.
XQ