Cocuq Mərcanlıda tibbi geyimlər buraxılır

post-img

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində işə salınan yeni müəssisədə respublikanın tibb per­sonalı, habelə xəstəxanalarda müa­licə alan şəxslər üçün geyimlər və tibbi maskaların istehsalına başla­nıb. Hazırda burada kəndin 8 xanım sakini işlə təmin edilib. 

Qeyd edək ki, Cocuq Mərcanlı xa­nımlarının hazırladıqları bu məhsullar hazırda ölkənin müxtəlif tibb müəs­sisələrinə çatdırılır.

XQ

Sosial həyat