Ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.9 dəfə artıb

post-img

Sentyabr ayı ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.9 dəfə artıb.

Mərkəzi Bank bildirir ki, 2023-ci ilin sentyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 4 milyon 388 min manat olub. Həyata keçirilən nağdsız ödənişlərin 3 milyon 552 min manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 829 milyon manatı POS-terminallar, 6 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 54.2 faizini təşkil edib.

 

İqtisadiyyat