İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatına görə, cari ilin 9 ayında Azərbaycandan ixrac olunan qeyri-neft məhsullarının dəyəri 2,4 milyard dollar təşkil edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 10,6 faiz çoxdur.
Xatırladaq ki, 2022-ci ildə ölkəmizin qeyri-neft ixracı illik müqayisədə 12,3 faiz artaraq 3,49 milyard dollara çatıb.
XQ