“Petkim” “STAR”a 12 faiz səhm yatırıb

post-img

SOCAR-ın Türkiyədəki “Petkim” neft-kimya kompleksi 12 faizlik payla “STAR” neft emalı zavodunun səhmdarına çevrilib. 

“SOCAR Türkiye” şirkətinin mə­lumatına əsasən, “Petkim” tərəfin­dən 2018-ci ildə elan edilən səhm alqı-satqısı əməliyyatı bütün şərtlərə əməl olunmaqla oktyabrın 2-də başa çatıb. Bununla da “Petkim” Türkiyənin ikinci ən böyük sənaye müəssisə­si olan “STAR Rafineri A.Ş.”nin 12 faizlik ortağı olub. “Petkim” son il­lərdə strateji əhəmiyyətə malik neft emalı sektoruna yatırdığı bu mühüm investisiya üçün 480 milyon dollar məbləğində ilkin ödəniş edib.

Xatırladaq ki, 2008-ci il mayın 30-da “Petkim Petrokimya Holding A.Ş.”nin səhmlərinin 51 faizi hərra­ca çıxarılıb və 2 milyard 40 milyon dollara SOCAR tərəfindən əldə edilib. Hazırda “Petkim”in nəzdində aşağı və yüksək sıxlıqlı polietilen, polipropilen, polivinil xlorid, saflaşdırıl­mış turşu, aromatik karbohidrogenlər, etilen-propilen, xlor qələvi kimi sənaye müəssisələri fəaliyyət göstərir.

XQ

İqtisadiyyat