Sahibkarlığın İnkişafı Fondu “S&P Global Ratings”də

post-img

Qurum 41 mindən artıq layihəyə 3 milyard manatadək kredit ayırıb 

Fonddan verilən məlumatda bildirilib ki, adıçəkilən qlobal agentlik qurumun uzun və qısamüddətli kredit reytinqini “BB-/B” səviyyəsində təsdiqləyib və yaxın gələcəkdə onun reytinqinin sabit qalacağını proqnozlaşdırıb.

Qlobal reytinq agentliyinin yaydığı məlumata görə, Sahibkarlığın İnkişafı Fondunun ölkə iqtisadiyyatının inkişa­fında rolu, dövlət və özəl sektor arasın­da əlaqələndirici mövqeyi “S&P Global Ratings” tərəfindən müsbət qiymətlən­dirilib. Fondun yüksək reytinq almasına təsir göstərən başlıca amillər isə güclü kapital mövqeyi və gəlirlilik səviyyə­si olub. Reytinqin alınmasında əsas məqsəd qloballaşan bazarın tələblə­rinə uyğunlaşmaq, fondun cari və po­tensial tərəfdaşları arasında etibarlılığı­nı artırmaq, eyni zamanda, gələcəkdə xarici maliyyə vəsaitlərinin cəlb edilmə­si üçün uyğun zəmin yaratmaqdır.

Xatırladaq ki, İqtisadiyyat Nazir­liyinin Sahibkarlığın İnkişafı Fondu Azərbaycan Respublikası Prezidenti­nin 2018-ci il 31 iyul tarixli fərmanı ilə 1992-ci ildə təsis edilən Sahibkarlığa Kömək Milli Fondunun hüquqi baza­sı əsasında yaradılıb. Fəaliyyət dövrü ərzində fondun güzəştli kredit mexa­nizmindən 41 mindən çox layihə çər­çivəsində 31 mindən çox sahibkarlıq subyekti yararlanıb və bu sahibkarlıq subyektlərinə 2,9 milyard manat həc­mində kredit verilib.

XQ

 

İqtisadiyyat