“Wabtec” şirkəti Transxəzər marşrutunu dəstəkləyir

post-img

Dünya nəhəngi Qazaxıstanda nəqliyyat sektoruna 1 milyard dollar sərmayə qoyub

Amerikanın tanınmış “Wabtec” şirkəti  Qazaxıstanın nəqliyyat sənayesinə təxminən 1 milyard dollar investisiya yatırmaq niyyətini bildirib. Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev isə bu sərmayənin ölkəsinin nəqliyyat və logistika sisteminin, eyni zamanda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafına mühüm töhfə verəcəyini vurğulayıb.  

Bununla əlaqədar Nyu-Yorkda şirkətin rəhbəri Rafael Santana ilə görüşündən sonra Qasım-Jomart Tokayevin mətbuat xidməti məlumat yayıb: “R.Santana dövlətimizin başçısına Qazaxıstanda hidrogen texnologiyalarından istifadə edən lokomotivlərin və onların komponentlərinin istehsalının işə salınması, mühəndislik mərkəzinin yaradılması və texnologiya transferi üzrə hazırlanmaqda olan investisiya layihələri barədə məlumat verib. Qazaxıstan lideri şirkətin nəqliyyat və logistika sənayesinə təxminən 1 milyard dollar sərmayə yatırmaq planını alqışlayıb və bunun  TBNM-nin inkişafına töhfə verəcəyini və digər infrastruktur layihələrinin icrasında mühüm rol oynayacağını qeyd edib”.

Bundan əlavə, Qazaxıstan liderinin ABŞ-a səfəri çərçivəsində “Qazaxıstan Dəmir Yolları” şirkəti ilə nəqliyyat və logistika sahəsində dünya liderlərindən biri olan “Wabtec” şirkəti arasında strateji əməkdaşlıq haqqında çərçivə sazişi imzalanıb.

XQ

 

İqtisadiyyat