Qeyri-sabit hava şəraiti nəticəsində bir-neçə rayonda yol infrastrukturuna ziyan dəyib

post-img

Yağan güclü yağış nəticəsində yaranan sel suları Lerik, Astara, Zaqatala və Balakən rayonlarında yol infrastrukturuna və yol qurğularına ziyan vurub.

Yaranmış problemlərlə bağlı ərazilərə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub. 

Məlumata görə, hazırda yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub, yolların və yol qurğularının bərpası istiqamətində aparılan işlər davam etdirilir.

XQ

İqtisadiyyat