Hacıqabul Sənaye Məhəlləsində 1 ildə məhsul istehsalı 6 dəfə artıb

post-img

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Hacıqabul Sənaye Məhəlləsi istehsal fəaliyyətini genişləndirir. Son illər burada məhsul istehsalında müsbət dinamika müşahidə olunur. 

2022-ci ilin birinci yarısında sənaye məhəlləsində 5,2 mil­yon manatlıq məhsul istehsal edildiyi halda, cari ilin müvafiq dövründə bu göstərici 32,1 milyon manat (6 dəfədən çox) təşkil edib. Bütövlükdə isə, Hacıqabul Sənaye Məhəlləsində indiyə­dək dəyəri 76 milyon manatdan çox məhsul istehsal edilib.

İstehsal edilən məhsullar daxili bazarın tələbatının ödənil­məsinə yönəldilib. Hazırda 100-dən çox insanın daimi işlə tə­min edildiyi sənaye məhəlləsində ümumi investisiya həcmi 57,7 milyon manatdan çox olan 13 sahibkarlıq subyekti rezident kimi qeydiyyatdan keçib və bunlardan 8-i artıq fəaliyyətə başlayıb. Sənaye Məhəlləsinin rezidentləri minik avtomobillərinin, tikinti materiallarının, müxtəlif növ polad şurupların, taxta məhsulla­rının, plastik qabların və taraların istehsalı və s. sahələr üzrə ixtisaslaşıb.

Mövcud layihələr üzrə Hacıqabul Sənaye Məhəlləsinə əlavə olaraq 32,3 milyon manat investisiyanın yatırılması, 390-dan artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.

XQ

İqtisadiyyat