İqtisadiyyat naziri Mikayıl Cabbarov “X” (“Tvitter”) sosial şəbəkəsində verdiyi məlumata görə, Azərbaycan nümayəndə heyəti rəhbərliyi ilə Pekin şəhərində keçirilən Çin Beynəlxalq Xidmətlər Ticarəti Sərgisində (CIFTIS) iştirak edib.
Nazir qeyd edib ki, qlobal xidmətlər ticarətini təşviq edən bu sərgi respublikamızın iqtisadi potensialının, investisiya imkanlarının və yerli məhsullarımızın tanıdılması üçün səmərəli platformadır.
XQ