Bu il Azərbaycanda sığorta haqları 1 milyard manatı keçəcək

post-img

“Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyi bu il Azərbaycanda sığorta haqlarının 1 milyard manatı keçəcəyini proqnozlaşdırır.

Qurumun icraçı direktoru Elmar Mirsalayev bildirib ki, bu proqnozun reallaşacağı­na inamı cari ilin I yarısında sığorta bazarında artıma nail olunması yaradıb. 

Xatırladaq ki, 2022-ci ildə Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 970 miyon 823 min manat sığorta haqqı toplanılıb. Bu, 2021-ci ilə nis­bətən 15 faiz olub.

Bu ilin I yarısında isə sı­ğorta haqları ötən ilin eyni dövrü ilə müqayisədə 32 fa­izdən çox – 648 milyon 945 milyon manat təşkil edib.

XQ

İqtisadiyyat