Fermerlər Rusiyanın kənd təsərrüfatı texnikasını sınaqdan keçirəcəklər

post-img

Ağstafa rayonunda avqustun 25–26-da “Rusiya–Azərbaycan Tarla Günü – 2023” ixtisaslaşdırılmış sərgisi keçiriləcək. Operatoru “EXPOCENTRE” Səhmdar Cəmiyyəti olan sərgi “Rosspetsmash” Assosiasiyasının fəal dəstəyi ilə qonşu ölkənin Sənaye və Ticarət Nazirliyi tərəfindən təşkil olunacaq. 

Rusiyanın aparıcı kənd təsərrüfa­tı maşınqayırması müəssisələri ikinci dəfədir ki, ən yaxşı texnika və ava­danlıqlarını Azərbaycan fermerlərinə göstərmək və sınaqdan keçirmək im­kanı yaratmaq məqsədilə Azərbaycana gətirəcək.

“Rusiya–Azərbaycan Tarla Günü” yeni formatda – Kənd Təsərrüfatı Na­zirliyi yanında Aqrar İnnovasiyalar Mərkəzinin təşkilatçılığı ilə “Aqroİn­noFest” festivalı ilə birgə reallaşacaq. Tədbir Ağstafa aqrar-sənaye komplek­sinin ərazisində keçiriləcək.

Sərgini Rusiya ixtisaslaşdırılmış texnika bazarının liderləri olan 14 müəssisə – Rostselmaş, Sankt-Peter­burq traktor, Cənubi Ural Tərəzi və Vo­ronej aqromaş zavodları, Peqas-Aqro, Melinvest, ALMAZ, Salskselmaş, Tex­nostal, Aqromexanika, AqroPostavka müəssisələri təmsil edəcək. 

Rusiyanın ixtisaslaşdırılmış texnika sərgisi 800 kvadratmetrdən çox ərazi­ni əhatə edəcək. Onu ziyarət etməklə azərbaycanlı fermerlər, aqrar sektor holdinqləri, kənd təsərrüfatı texnikası üzrə dilerlər qonşu ölkə istehsalı olan taxılyığan kombaynlar, kotanlar, dır­mıqlar, çiləyici və səpələyicilər, kulti­vatorlar, taxıltəmizləyən separatorlar və digər texnikanın həm yeni, həm də artıq tanınan modelləri ilə tanış ola bilə­cəklər.

Rusiyanın kombaynqayır­ma sahəsində əvəzsiz lider olan “Rostselmaş” ziyarətçilərə “Power Stream 4m” taxılbiçənli “NOVA 340” kombaynını nümayiş etdirə­cək. Bu müəssisənin brendinin məhsulları dünyanın 40-dan çox ölkəsində tanınır və indi Azərbay­canın kənd təsərrüfatı istehsalçı­ları həmin məhsulları öyrənə və satış qiyməti ilə maraqlana biləcəklər. Stenddə kombaynla yanaşı, bir neçə ildir ki, respublikamızın tarlalarında uğurla fəaliyyət göstərən “Tukan” kip­bağlayan presləyici-yığıcı da nümayiş etdiriləcək.

ALMAZ Ticarət evi (“Altay maşınqa­yırma zavodları” Şirkətlər Qrupunun bir hissəsi) sərgidə özünün bestsellerini – quraşdırılmış reversiv “PERESVET PON-4+1” kotanını nümayiş etdirəcək. Azərbaycan fermerləri ALMAZ stendin­də kotanla yanaşı, kənd təsərrüfatı tex­nikasının təmiri və texniki xidməti üçün lazım olan bütün ehtiyat hissələrini də seçə biləcəklər.

İlk dəfə olaraq Azərbaycan baza­rında Samara vilayətinin “Pegas-Agro” şirkətinin istehsalı olan “TUMAN-2” özügedən çiləyici-səpələyici qurğu təq­dim olunacaq. Kənd təsərrüfatı texnika­sının “TUMAN-2” xətti çox modulluluq, universallıq, sahəyə ehtiyatlı münasi­bət və nəticədə yüksək məhsuldarlıq və xərclərini tez bir zamanda (orta hesab­la 1,5-2 mövsümə) çıxara bilmək kimi fərqləndirici xüsusiyyətlərə sahibdir.

Penza vilayətinin “Aqromexani­ka” şirkəti ekspozisiyanın qonaqlarına Azərbaycan fermerlərinin bütün aqro­iqlim zonalarında və bütün növ torpaq­larda, o cümlədən küləş, ağır torpaqlar və zəif hazırlanmış kənd təsərrüfatı fonlarında istifadə edə biləcəkləri flaq­man məhsullarını – “KPU-6m” qoşqulu universal kultivatoru və “BDM-3x2PK” yarımqoşqulu diskli dırmığı nümayiş etdirəcək.

Nijni Novqorodun “SC Melinvest” şirkəti yerli sahibkarlara taxılın təmiz­lənməsi, emalı və saxlanması üçün ge­niş çeşiddə avadanlıq təqdim edəcək. 

Beləliklə, “Rusiya–Azərbaycan TarlaGünü – 2023” sərgisi Rusiya ilə Azər­baycan arasında kənd təsərrüfatı sahə­sində qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün mühüm hadisədir.

“Xalq qəzeti”

İqtisadiyyat