Qeyri-neft qaz sektorunda artım 6,5 faizə çatıb

post-img

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 39,8 milyard manatlıq sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin yanvar-iyul aylarında Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 39,8 milyard manatlıq sənaye məhsulu istehsal edilib.

Bildirilir ki, sənaye istehsalı ilə əlaqədar qeyri-neft qaz sektorunda 6,5 faiz artım qeydə alınıb. Məhsulun 69,1 faizi mədənçıxarma sektorunda, 25,7 faizi emal sektorunda, 4,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

“Xalq qəzeti”

İqtisadiyyat